“PAŞA Bank”ın Gürcüstandakı törəməsi “PASHA Bank Georgia” 2022-ci ilin I rübünü zərərlə tamamlayıb.

APA-Economics” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında “PASHA Bank Georgia”nın faiz gəlirləri 9,053 milyon lari (ötən ilin eyni dövrünə nisbətən 14,7% çox ), faiz xərcləri 3,972 milyon lari (13,2% çox), xalis faiz gəlirləri isə 5,080 milyon lari (15,9% çox) təşkil edib.
Bankın qeyri-faiz gəlirləri 1,546 milyon lariyə (17,1% çox) qeyri-faiz xərcləri 7,500 milyon lariyə (4,7%), xalis qeyri-faiz zərəri 5,954 milyon lariyə (2% çox) bərabər olub. Bankın ehtiyatlardan əvvəlki xalis zərəri 873 min lari (40,2% az) olub.
“PASHA Bank Georgia” bu ilin birinci rübünü 1,361 milyon lari xalis zərərlə başa vurub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 6,2% çoxdur. Belə ki, 2021-ci ilin I rübündə bankın xalis zərəri 1,281 milyon lari təşkil etmişdi.

Hesabat dövründə bankın ümumi aktivləri 470,449 milyon lari olub ki, bu da illik müqayisədə 0,4% azdır. Bunun 328,351 milyon larisi müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,4% böyüyüb. Bu dövrdə Bankın öhdəlikləri 5,4% azalaraq 375,946 milyon lariyə, balans kapitalı isə 26,4% artaraq 94,503 milyon lariyə çatıb.