2022-ci ilin mart ayının sonuna dövriyyədə olan ödəniş kartlarının sayı 11 milyon 771 min ədədə çatıb. (Fevral ayına nəzərən 243 min ədəd artıb)

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.5% çoxdur.

Ödəniş kartlarında artım debet kartları üzrə 19.1%, kredit kartları üzrə 31% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 24 min, kredit kartları 355 min, digər kartlar isə 1.6 mln. ədəd artıb.