Böyük Britaniya hökuməti Rusiyanın Ukraynaya hücumuna cavab olaraq Moskva Birjasının (MOEX) xüsusi statusunu ləğv etməyi planlaşdırır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu baş versə, britaniyalı investorlar MOEX-də qiymətli kağızlar alıb-satarkən bəzi vergi güzəştlərindən istifadə edə bilməyəcəklər. Bu qərar həm də Rusiya Bankının (Mərkəzi Bank) xarici investorlar üçün tətbiq etdiyi məhdudiyyətlərə cavabdır.

İngiltərənin Maliyyə Xidmətləri üzrə Dövlət katibi Lyuci Frayzer bildirib ki, “Artıq Rusiyaya yeni investisiyalar qoymaq kimi bir şey yoxdur”.