Tailandda ağac üzərində fəaliyyət göstərən və “Quş yuvası” adlanan restoran müştərilərə ətraf mənzərədən zövq almaq imkanı verir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, restoran 4,8 metr hündürlükdə havada “asılı” qaldığından ofisiantlar yemək və içkiləri kəndirlərdən istifadə edərək qonaqların masalarına çatdırırlar.

Burada adi nahar yeməyi təxminən 450 dollara başa gəlir.