Ekoloji layihələri ilə məşhur olan Niderlandın “Atelier Nomadic” studiyasının dizaynerləri Meksikanın eko-kurort ərazisində füsunkar bambuk ağac evləri yaradıblar. Bunlar otel komplekslərinin dəbdəbəli mənzillərindən heç də aşağı olmayan rahat otel otaqlarıdır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bununla da, Sakit okean sahilində müasir istirahət şəraitini təşkil etmək üçün mərkəzi kommunikasiyaya ehtiyac olmayacaq, çünki kurortun mövcudluğu bərpa olunan enerjiyə, yağış suyunun təmizlənməsinə və bərpasına yönəlmiş innovativ texnologiyalarla təmin olunacaq.

Füsunkar bambuk ağac evlərindən ibarət olan eko-kurort şəhərlərin səs-küyündən və işlənmiş qazlarından uzaq olan vəhşi təbiətin qoynunda yerləşir.