Fırlanan yaşayış binası konsepsiyası dünyanın bir çox şəhərlərində və ölkələrində həyata keçirilib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bununla belə, belə bir qeyri-adi quruluşun bəlkə də ən məşhur nümunəsi Çexiya sakini tərəfindən təqdim olunub.

Tikintinin müəllifi olan 80 yaşlı inşaatçı Bogumil Lqota yaşadığı evin ərsəyə gəlməsinə iyirmi il sərf edib.

Maraqlıdır ki, ev təkcə öz oxu ətrafında fırlanmağı deyil, həm də yuxarı və aşağı hərəkət etməyi bacarır.