Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” sərmayə cəlb etmək üçün ABŞ-ın bir neçə suveren fondu ilə danışıqlar aparır.

“Report” FT-yə istinadən xəbər verir ki, bununla yanaşı, birja qərargahı üçün yeni bina axtarışına da başlayıb.

“Binance” vasitəsilə aparılan əməliyyatların həcmi iki il əvvəlki 10-30 milyard dololara qarşı 170 milyard dollara çatıb.