Milli Depozit Mərkəzi bu il sentyabr ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

“Report”un məlumatına görə, ötən ay qurum ümumilikdə 144 investor üzrə 70,3 milyon manat və 1,9 milyon ABŞ dolları məbləğində ödəniş edib.

Ödənişlər Maliyyə Nazirliyi, “Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT), “Ferrum Kapital” MMC, “AzerGold” QSC, “Unibank” ASC və “Paşa Yatırım Bankası”  üçün həyata keçirilib.