Amerikanın onlayn videokonfrans şirkəti olan “Zoom”un səhmləri 11 faizdən çox ucuzlaşıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, tələbatın daha sürətlə azalmasına və insanların yenidən ofislərə qayıtmasına görə şirkətin səhmləri 11 faizdən çox dəyər itirib.

Qeyd edək ki, “Zoom” və videokonfrans xidmətləri təklif edən digər şirkətlər – “Cisco”, “Microsoft’s Teams” və “Salesforce’s Slack” karantin müddətində milyonlarla yeni istifadəçi toplayıb.