Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

APA-Economics”in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 74,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (19 avqust 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 22,5% artıb.