Azərbaycanda nağd pul kütləsinin həcmi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-ə verilən məlumata görə, bu ilin iyulun 1-nə Azərbaycanda banklardan kənarda nağd pul kütləsinin həcmi 10 milyard 737,5 mln. manat təşkil edib. Bu rəqəm aylıq müqayisədə 0,8%, illik müqayisədə isə 16,1% artıb.

Ümumilikdə, bu ilin iyulun 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 30 milyard 293,9 mln. manat təşkil edib.