İyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,4 min hektar olan 3159 vahid istixana fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 17,2 faiz artaraq 213 min ton, xiyarın istehsalı isə 13,5 faiz artaraq 12,2 min ton olub.