Asiya-Sakit Oken bölgəsində indekslər həftəyə geriləmə ilə başlayıblar.

Marja xəbər verir ki, bölgədə səhmlər Bazar ertəsi günü səhər seansında ucuzlaşıblar.

Bölgədə ən çox Yaponiya birjası düşüb. Nikkei 225-də azalma 4%-i keçib, Topix İndeksi 2,5%-ə yaxın geriləyib. İndeksləri avtomobil səhmləri aşağı salıb. Nissan və Honda səhmlərinin hər biri 3%-dən çox düşüb. Maliyyə sektoru səhmlərində də geriləmələr qeydə alınıb. Mİtsubishi UFJ Financial Group səhmləri və Mizuho Financial Group səhmləri 2%-dən çox düşüb.

Honq Konq, Avstraliya, Cənubi Koreya və Çində də səhmlər ucuzlaşıb.

Çin bir illik əsas faiz dərəcəsini dəyişdirməyərək 3.85% səviyyəsində, beş illik əsas faiz dərəcəsini  isə 4.65% səviyyəsində dəyişməz saxlayıb.