Sentyabrın 10-da Azərbaycan Mərkəzi Bankı (AMB), Sahibkarlığın İnkişafı Fondu (SİF) və Bakı Fond Birjası (BFB) tərəfindən yerli sahibkarlar üçün “Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzularında onlayn təlim keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildirilib ki, təlimdə kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcək. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.