Bu ilin sonunda Türkiyədə inflyasiya əvvəllər proqnozlaşdırılan 46,4% əvəzinə, təxminən 58%-ə çata bilər.

Marja.az xəbər verir ki, Mərkəzi Bankın maliyyəçilər arasında sorğu keçirib və bunun əsasında Bazar İştirakçılarının Gözləntiləri Sorğusunu dərc edib.

Sorğuya görə, Türkiyədə ilin sonuna inflyasiya 57,92%, iqtisadi artım ilkin nəzərdə tutulan 3,2% əvəzinə 3,3%, ABŞ dolları/Türki lirəsi məzənnəsi 17,57 lirə və bir il sonra 18,47 lirə təşkil edəcək. Bazar ertəsi dollar 15,9 lirəyə bərabər olub.

Aprel ayı üzrə inflyasiya statistikasının açıqlanması fonunda türk lirəsi may ayında kəskin ucuzlaşmağa başlayıb. Rəsmi məlumata görə, Türkiyədə inflyasiya 70%-ə, qeyri-rəsmi məlumatlara görə 160%-ə yaxınlaşıb.

Bazar iştirakçılarının proqnozlarına görə, 2022-ci ilin sonuna qədər Türkiyənin büdcə kəsiri əvvəlki gözləntilər 27,5 milyard dollar olduğu halda, 34,4 milyard dollar təşkil edə bilər. Maliyyəçilər gələn il Türkiyə üçün 22 milyard dollarlıq büdcə kəsiri proqnozlaşdırırlar.