ABŞ Mərkəz Bankının ilk qadın sədri olan Janet Yellenin vəzifə müddətinin bitməsinin ardından Fed rəhbərliyində (İdarə Heyətindən) qalmayacağı bildirilib. “Marja” Fed-dən verilən açıqlamaya istinadən xəbər verir ki, Yellen istefa məktubunu ABŞ Prezidenti Donald Trumpa bu gün təqdim edib.

Yellen verdiyi açıqlamada, yeni Sədr Jerome Pauell and içdikdən sonra Fed-dən ayrılacağını bildirib.

Yellen istefa məktubunda böhrandan bu yana iqtisadiyyatda görülən bariz sağalmadan məmnuniyyətini dilə gətirib. Sədr “İdarə Heyətində vəzifəmi tərk etməyə hazırlaşarkən maliyyə sisteminin 10 il əvvələ nisbətən daha güclü, gələcəkdə baş verəcək böhranlara qarşı daha dözümlü olduğu üçün, Amerikalı ailələrin və müəssisələrin iqtisadi gözləntilərini dəstəkləməyə davam etdiyi üçün məmnunam” açıqlamasını edib. Yellen, yeni Sədr Pauellin Feddəki vəzifələrinə dərindən sadiq qalacağına inandığını da dilə gətirib.

71 yaşlı Yellenin vəzifə müddəti Fevral ayında başa çatır. ABŞ Prezidenti Donald Trump Fed Rəhbərliyi üçün Jerome Powelli namizəd göstərib.

Yellenin texniki olaraq Fed-də 2024-ci ilə qədər rəhbər sifətilə qalmaq haqqı var. Yellenin da ayrılması ilə Fed-in İdarə Heyətində 4 kreslo boş qalacaq.