Keçmiş Fed sədri Janet Yellen, ABŞ mərkəzi bankının bu an üçün faiz endiriməsinə lazım olmadığını deyib.
“Marja” xəbər verir ki, Yellen, “bir faiz endiriminə ABŞ iqtisadiyyatına yönələn risklər artsa ehtiyac duyula bilər, ancaq bu an üçün belə bir hərəkətin uyğun olmadığını düşünürəm”  deyib.
Yellen, “Mənə, pul siyasəti olduqca yaxşı pozisiyada olduğu kimi görünür” – deyib.

Yellen Hyustonda iştirak etdiyi bir tədbirdə çıxışında, “ABŞ iqtisadiyyatı yavaşlayır, ancaq əmək bazarının tam məşğulluqda və inflyasiyanın zərərsiz olması ilə birlikdə, hazırda Fed doğru bir mövqedədir”,- deyib.
Yellen, “Yaxşı və güclü bir əmək bazarına malik olduğumuzu düşünürəm. Son dövrdə inflyasiya 2%-ə olduqca yaxındır. Fed-in  inflyasiyanı 2 faizdə saxlaması vacibdir”,-  şəklində əlavə edib.