Bu gün Yaponiyanın aparıcı fond birjası indeksi – “Nikkei” 1,8% artaraq 25 350 bəndə çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla indeks 29 illik maksimum yeniləyib.

İndeksin bu həddə qədər yüksəlməsi ABŞ-dan gələn xəbərlər – prezident seçilərinin nəticələri, koronavirusa qarşı vaksinin hazırlanması fonunda baş verib.