Yaponiya milli valyutasının ABŞ dollarına nisbətdə dəyəri son 7 il 9 ayda ən aşağı səviyyəyə enərək 1 dollar üçün 145.3 ¥ təşkil edib. Yenin dollara nisbətdə məzənnəsi sonuncu dəfə 2014-cü ilin dekabrında bu səviyyədə olub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yapon valyutasının ucuzlaşması Avropa Mərkəzi Bankının faiz artımı ilə bağlıdır. Sentyabrın 8-də bankın İdarə Heyəti tarixdə ilk dəfə olaraq baza dərəcəsini 75 baza bəndi artıraraq 0.5%-dən 1.25%-ə yüksəltmək qərarına gəlib. Tənzimləyicinin sözlərinə görə, uçot dərəcəsi gələcəkdə də artmağa davam edəcək.