2019-cu ilin 8 ayı ərzində Bakı Fond Birjası vasitəsilə Maliyyə Nazirliyinin 482 milyon 748 min manatlıq istiqrazları (dövlət istiqrazları) yerləşdirilib.

Birjanın aylıq statistikasına istinadən, dövlət istiqrazlarının ilkin bazarda ticarəti ötən ilin eyni dövrü ilə müqayisədə 132 milyon 913 min manat və ya 21,5% azalıb.

Təkrar bazarda isə dövlət istiqrazları ilə ticarətin həcmi 3,3 dəfə artaraq 394 milyon 397 min manat təşkil edib.

Qeyd edək ki, cari ilin 8 ayı ərzində dövlət qiymətli kağızlar bazarının həcmi 8 milyard 532 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə cüzi çoxdur. Bazarda ticarət həcminin 7 milyard 444 milyon manatı Mərkəzi Bankın notlarının ilkin bazarda yerləşdirilməsinin payına düşüb.

@Marja