ABŞ Mərkəzi Bankının (Fed) Dallas şöbəsinin rəhbəri Robert Kaplan, koronavirusün ABŞ-da yayılma sürəti digər bir faiz endirimini üçün əhəmiyyətli bir faktor ola biləcəyini söyləyib. 

Onun sözlərinə görə, Fed rəsmiləri bu ay keçiriləcək yığıncaqda digər bir faiz endiriminə ehtiyac olub olmadığını müzakirə edəcəklər.

 

Koronavirus epidemiyası ABŞ-ın iqtisadi artımı üçün təhdid yaradıb. Fed Çərşənbə axşamı günü 2008-dən bu yana ilk dəfə faiz endirib. Fed faizləri 1,50-1,75% aralığından 1,00-1,25% aralığına salıb.

 

Fed-in 17-18 Martdakı yığıncaqda da təkrar faiz endiriminə gedəcəyi gözlənilir.