Asiya birjaları sürətlə artan virus təhlükəsinə görə, yeni iş həftəsinə enmə ilə başlayıb.

FED,az xəbər verir ki, Asiyada indekslər, Çindən kənarda koronavirus hallarının artmağa başladığı və qlobal iqtisadiyyatın daha davamlı böyümə əldə edə biləcəyinə dair narahatlıqlar səbəbindən azalmağa başlayıb.

Enmələr, Seulda (3 faizə yaxın), Hong Kong, Sidney və Şanxayda baş verib.

Bu dəfə enmənin mənbəyi Cənubi Koreya olub. Bu ölkədə daha 161 koronavirus hadisəsi təsdiqlənəndən sonra ölkədə ümumi xəstələrin sayı 763-ə çatdı.

KOSPI indeksi 3% düşdü.

S&P / ASX 200 indeksi 2.3% faiz.

Hong Kong Hang Seng indeksi 1,6%,

Şanxay indeksi isə 1 faiz itirib.