“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyinə yeni təyinatlar olub.

APA-Economics”in investisiya şirkətindən əldə etdiyi məlumata görə, Qədirov Heybət Həsənağa oğlu və Rəsulzadə Emin Fərid oğlu ASC-nin Müşahidə Şurasının üzvləri seçilib. Qeyd edək ki, Heybət Qədirov eyni zamanda “Unibank KB” ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyəti Sədrinin müavini, İcraçı Direktorun birinci müavini vəzifələrini icra edir. Emin Rəsulzadə isə “Unibank”ın İdarə Heyətinin üzvüdür.

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 300 min manat təşkil edir, təsisçisi 100 % “Unibank”dır.