ABŞ Prezidenti Donald Tramp Fed-i tənqid etməyi davam etdirir.
“Marja” xəbər verir ki, Tramp sosial media hesabından verdiyi açıqlamada Çin və Avropa Birliyinin faizləri daha çox endirərək sistemlərinə pul “vuracağını” bildirərək, “Bu zaman Fed çox aşağı inflyasiyaya baxmayaraq, faizlər məsələsində heç bir şey etmir, böyük ehtimalla gələcəkdə də çox az şey edəcək. Çox pis” şərhini edib.
Fed-in bu həftəki (31 İyulda) iclasında 25 bənd faiz endiriminə getməsi gözlənilir.

Tramp daha əvvəl də bir neçə dəfə Fed sədri Cerom Pauelə faiz endirimi barədə müraciət etmişdi. Hər nə qədər ABŞ-ın iqtisadi göstəriciləri ümumi olaraq möhkəm olsa da, qlobal inkişafda ləngimə riskləri və artan ticarət gərginliyi var.
Tramp, başqa bir sosial media mesajında, Fed tərəfindən ediləcək kiçik faiz endiriminin kifayət etməyəcəyini deyib.