Əsas Nikkei birja indeksi 2,89% artıb
Tokio Fond Birjasında (TSE) kotirovkalar son 34 ilin ən yüksək səviyyəsinə çatıb.
Marja.az xəbər verir ki, Nikkei Fond Birjasının əsas indeksi 2,89% artaraq 37 963,97 bənd səviyyəsinə çatıb, bu, 1990-cı ilin yanvarından bəri ən yüksək səviyyədir.
Artımın əsas amili Yaponiyadakı investorların adətən etibar etdiyi ABŞ maliyyə bazarlarında güclü yüksəlişdir. Xüsusilə, ABŞ-ın ən böyük şirkətlərini kapitallaşmaya görə birləşdirən S&P 500 indeksi Nyu-York Fond Birjası tarixində ilk dəfə olaraq 5 min bəndi keçib.
Tokiodakı səhmlər də yerli yarımkeçirici şirkətlərin mənfəət proqnozlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıran müsbət statistik məlumatların fonunda yüksəlib. Xüsusilə, Yaponiyanın ən böyük yarımkeçirici istehsalçısı Tokyo Electron-un səhmləri bu fonda 13% bahalaşıb.
Dollar/Yapon yeni məzənnəsi yüksək səviyyədə qalmaqda davam edir ki, bu da xarici bazarlara yönəlmiş bir çox böyük yapon şirkətləri üçün faydalıdır. Ticarət günü məzənnə 0,1% də möhkəmlənərək 1 dollar üçün 149,55 yenə çatıb.