Asiyanın ən böyük birjası sayılan Tokio fond birjasının əsas indeksi “Nikkei” 1990-cı ilin avqust ayından bəri ən yüksək həddə çatıb.

APA-Economics”in məlumatına görə, ticarət zamanı “Nikkei” indeksi ötün günə nisbətən 2% artaraq 27 519,5 bəndədək yüksəlib.

Mütəxəssislər 225 aparıcı Yaponiya şirkətinin səhmlərinin qiymətlərini müəyyənləşdirən “Nikkei” indeksinin artmasını Vaşinqtondakı etirazlarla əlaqələndirir.