ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkətinin səhmlərinin qiyməti ilkin kütləvi tədavülə (IPO) çıxarıldığı 2010-cu ildən bəri 59,4 dəfə artaraq 1 009 ABŞ dollarına çatıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hazırda “Tesla” dünyanın ən bahalı avtomobil istehsalçısıdır. Koronavirus pandemiyasının qlobal iqtisadiyyatda yaratdığı böhrana baxmayaraq, təkcə bu il şirkətin səhmləri 140% bahalaşıb.