Elektrik avtomobillərinin istehsalçısı – «Tesla» şirkətinin səhmləri ikigünlük artımdan sonra həmin sürətlə ucuzlaşmağa başlayıb.

FED.az xəbər verir ki fevralın 4-də 20% bahalaşan şirkət, fevralın 5-də 18% ucuzlaşıb. Şirkətin səhminin qiyməti 730 dollara, kapitalizasiyası isə 30 milyard dollar ucuzlaşaraq 131,49 milyard dollara düşüb. Halbuki qiymət 940 dollar idi.

Ucuzlaşmanın səbəbi odur ki, zavodun Şanxaydakı zavodu hələ bir həftə işləməyəcək.