Elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla-nın səhmləri dünən ilk dəfə 420 dolları keçib.


 

Tesla-nın Çin banklarından maliyyə cəlb ediləcəyi xəbəri şirkətin səhmlərinin dünən rekord qırmasına səbəb olub. “Marja” xəbər verir ki, səhmlər 4% ətrafında bahalaşaraq 422.01 dollar olub.

 

Şirkətin Şanxaydakı zavodunda istehsal etdiyi Model 3 elektrikli avtomobillər üçün Çin banklarından 10 milyard yuan (1.4 milyard dollar) kredit alacağı bildirilir. Mövzuya dair açıqlamanın bu həftə veriləcəyi gözlənilir.

 

Tesla-nın səhmləri 23 Oktyabrda açıqlanan sürpriz mənfəət rəqəmindən bu yana 65% bahalaşıb. Şirkətin İcraçı direktoru Elon Musk dünən Twitterdə “səhmlərin çox yüksəldiyi” mesajını paylaşıb.

36,1 B kişi bunun hakkında konuşuyor