S&P 500 indeksi 1,54% artaraq 3580,84 və Nasdaq indeksi 0,98% artaraq 12056,44 bəndə çatıb. Bu səviyylər ilə S&P 500 və Nasdaq indeksləri bağlanışda rekord yeniləyiblər.

Dow Jones indeksi 1,59% artımla 29.100,50 bəndə yüksəlib.

İndekslərdəki artıma, yeni növ koronavirus (Kovid-19) epidemiyasının mənfi iqtisadi təsirlərinə qarşı həyata keçirilməsi planlaşdırılan təşviq paketinə dair optimist gözləntilər səbəb olub. Təşviq paketi üzrə Respublikaçılar və Demokratlar arasındakı müzakirələr aparılır və irəliləyişlər təmin edilib.