2016-cı ilin ikinci yarısı “Samsung” şirkəti üçün o qədər də asan alınmayıb.

“ixbt.com” saytının məlumatına görə, “Samsung S7” və “S7 Edge”nin uğurundan sonra “Galaxy Note 7” yaradılıb ki, bu smartfonun da onlarla partlayış nəticəsində geri çağırılıb.

Smartfonların geri çağırılması və dəyişdirilməsi şirkətə bir neçə milyard dollar ziyanla başa gəlib. Ancaq müxtəlif tədqiqatlar göstərib ki, bu vəziyyət brendin nüfuzuna ziyan vurmayıb.

Son bir neçə il ərzində “Samsung” şirkətinin səhmləri artmaqda davam edir. Dünən isə rekord əldə olunaraq, bir səhmə görə təxminən 1570 dollara yaxın təklif olunub. Gözlənilir ki, “Samsung Electronics” daha əvvəlki rübdən bəri olan maliyyə göstəricilərinin nəticələrini yaxşılaşdıra bilər.

lent.az