2018-ci ilin Fevral ayında vəzifəsinin icrasına başlayan, bu il 3 yığıncaqda ardıcıl faiz endirimi edən ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell ilə digər Fed rəsmilərinin sabahkı yığıncaqda faizlərdə dəyişikliyə getməsi gözlənilmir.

 

“Marja” xəbər  verir ki, İyul və Sentyabrda faizləri endirən Fed sonuncu dəfə Oktyabr ayında faizi 25 bənd də azaldaraq 1.75-1.50% aralığına salıb. Sədr Powell yığıncaqdan sonrası etdiyi çıxışında ABŞ iqtisadiyyatının və pul siyasətinin yaxşı bir yerdə olduğunu bildirmişdi.

Fed sədri Jerome Powell (Cerom Pauel) verdiyi qərarlara tez-tez ABŞ Prezidenti Donald Trump-ın tənqidlərinə məruz qalsa da ifadələrə qulağını tıxayıb. Fed bu ilki endirimlərdən sonra dayanacağının siqnalını verib. Tramp son olaraq 18 Noyabrda Mərkəzi Bankın faizləri sıfırdan aşağı endirməsi lazım olduğunu söyləmiş, Fed-in pul siyasətinin ABŞ-ın emal sektoruna zərbə vurduğunu dilə gətirmişdi. Trampın hərəkətləri yalnız bu tənqidlərlə məhdud qalmamış, Ağ Ev vəkillərinə Mərkəz Bankın sədrini vəzifədənazad etmək mövzusundakı variantları qiymətləndirmələrini söyləmişdi.

Bir sıra iqtisadçılara görə, ABŞ ilə Çin arasında davam edən ticarət müharibəsinin tamamilə bitməyəcək kimi göründüyündən bazarlar Fed-ə yenidən faiz endirimi üçün təzyiq edə bilər.

Fed-in qərarı sabah axşam açıqlanacaq.