Sankt-Peterburq birjası müflis elan edilməsi ilə bağlı məlumatları təkzib edir.
Bu səhər Telegram kanalları Rusiyanın Sankt-Peterburq Birjasının (SPB Exchange) müflis elan edildiyi barədə xəbər yayıblar.
Marja.az-ın məlumatına görə, xəbərdə qeyd edilib ki, bu barədə Moskva Arbitraj Məhkəməsinin sənədlərində qeyd olunub.
Sankt-Peterburq Birjasının qiymətli kağızları iflasla bağlı məlumatlar fonunda 34.9% ucuzlaşıb.
Sankt-Peterburq birjası bildirib ki, o, müflis olmaq üçün müraciət etməyib və sabit maliyyə vəziyyəti var.
Sankt-Peterburq birjasının səhmləri müflis olması barədə məlumatın Birja tərəfindən təkzib etməsindən sonra bərpa olunmağa başlayıb.
ABŞ Maliyyə Nazirliyi Sankt-Peterburq Birjasını sanksiyalar siyahısına daxil edildiyini elan etdikdən sonra birja noyabrın 2-də xarici qiymətli kağızlarla ticarəti dayandırıb.
Rusiya Bankının sədri Elvira Nabiullina bildirimişdi ki, Sankt-Peterburq Birjasında aktivlərin bloklanması ən çox ixtisaslı investorlara təsir edib.
Noyabrın əvvəlində Sankt-Peterburq Birjası Amerika sanksiyalarının bloklanmasına məruz qalıb ki, bu da ticarət platformasının dollar sistemindən və bu valyutada ifadə olunan aktivlərdən tam təcrid olunması deməkdir (birjanın əsas ixtisası xarici qiymətli kağızlarla ticarətdir). Sankt-Peterburq Birjası sanksiya siyahısına daxil edildikdən sonra platformada ticarət dayandırıllb, indi investorların yalnız Rusiya qiymətli kağızları ilə əməliyyatlara çıxışı var.