Moskva Birjası İndeksi günün ilk yarısında 2 600 bəndi aşaraq tarixin ən yüksək səviyyəsinə qalxıb.

 

ABŞ Ticarət Nazirliyinin, “Huawei”yə tətbiq olunan məhdudiyyətlərin bəzilərini 90 günlüyünə təxirə saldığını açıqlaması və neft qiymətlərinin 72 dollar səviyyələrində qalması ilə Moskva Birjası İndeksi günün ilk yarısında 1,1 faiz dəyər qazanıb.

 

Tarixdə ilk dəfə 2600 bəndini keçən Moskva Birjası İndeksi beləliklə rekord qırıb. RTS indeksi də 0,8%-lik yüksəlişlə 1267 bəndə qalxıb.

 

Rusiyanın neft və təbii qaz şirkətlərinin səhmləri bahalaşıb. “Qazprom”un səhmləri günün ilk yarısında 2,5%, “Tatneft”in səhmləri 2%, “Lukoil”in səhmləri 2,1% və “Novatek”in səhmləri 1,6% dəyər qazanıb.

 

Analitiklər bildirirlər ki, neft qiymətlərinin yüksək səviyyələrdə qalması ilə bərabər Rusiyaya xarici təzyiqlər də azalıb. Yaşanan sabitlikdə birjanın yüksəlişinə səbəb olur.