Wall Street-də 1987-ci ildən bu yana ən kəskin geriləmələr qeydə alınıb. 

 

Marja xəbər verir ki, sərmayəçilər təcili pul və maliyyə siyasətlərinin durğunluğu sovuşdurmağa kifayət etməyəcəyindən narahatdırlar. Asiyada da səhmlər ucuzlaşıb.

Çin Milli Milli Komissiyasının məlumatına görə, görə yeni koronavirus (Kovid-19) epidemiyasında ölənlərin sayı 3 min 179-a yüksəlib. 4 min 20-sinin vəziyyəti ağır olmaqla 80 min 813 nəfər virusa yoluxub.

 

Yaponiyanın Nikkei 225 İndeksində geriləmə 10%-ə çatıb. Koreya Birjası isə 7%dən çox geriləyib.

 

Şimali Koreya və İndoneziyada pul vahidləri dəyərdən düşüb.

 

İndeks Xülasələri

-Yaponiyanın Topix İndeksi 7.2% düşüb.

-Hong Kong Hang Seng İndeksi 5.3% azalıb

-Cənubi Koreya Kospi İndeksi 7.6% geriləyib.

-Avstraliyanın S&P/ASX 200 İndeksi 6% düşüb.

 

ABŞ-DA İNDEKSLƏR 10%-Ə YAXIN DÜŞÜB

 

ABŞ-da Dow Jones indeksi 2300 bənddən çox və ya  9,9% geriləyərək 21200,62 bəndə geriləyib. İndeks bu  azalma ilə 1987-də yaşanan “qara bazar ertəsi”ndən bu yana qeyd edilən ən böyük itkisini yaşayıb.

 

Nasdaq indeksi 9,43% enişlə 7201,80 bəndə və S&P 500 indeksi 9,51% itki ilə 2480,64 bəndə enib.

 

Dow Jones indeksinin ardından Nasdaq və S&P 500 indeksləri də bir əvvəlki rekord bağlanışlarından 20% geriləyərək texniki olaraq “ayı bazarı”na giriblər.