ABŞ və Asiya birjaları ticarət müzakirələrinə dair nikbinliyin artması ilə yüksəlib.

Asiyada səhmlər yüksək səviyyəli ABŞ-Çin ticarət danışıqlarında bir razılaşma ola biləcəyinə dair nikbin hava ilə bahalaşıb.

ABŞ Prezidenti Donald Tramp Çin ilə danışıqların çox yaxşı getdiyini və Cümə günü də davam edəcəyini bildirib.

ABŞ və Çinin əlavə vergilərin təxirə salınması məsələsində qismən razılaşacağı bildirilir.

ABŞ-da indekslər də ticarət danışıqları ərəfəsində yüksəlib.Yekunda Dow Jones indeksi 0,57 faiz artımla 26496,67 bənd, S&P 500 indeksi 0,64 faiz artımla 2938,13 bənd və Nasdaq indeksi 0,60 faiz artımla 7950,78 bənd səviyyələrinə yüksəliblər.

@Marja