“Goldman Sachs Group”da Əmtə bazarlarının araşdırılması departamentinin rəhbəri Jeff Currie hazırda qiyməti son 6 ilin ən yüksək səviyyəsində olan qızılın daha da bahalaşacağını gözlədiklərini bildirib.

 

“Marja” xəbər verir ki, qlobal investisiya bankı, qızılın bahalşmasına mərkəzi bankların alışlarının artmasının və ABŞ-Çin arasında ticarət müharibəsi nəticəsidə qlobal iqtisadiyyata dair artan narahatlıqlar səbəb olduğunu bildirib.

 

Goldman qızılın unsiyasının qiymətinin 1600 dollara yüksələcəyini gözləyir. Bu dəqiqlərdə qızılın unsiyası 1514 dollardan alıcı tapır.

Jeff Currie-ə görə, sanksiya, geo-siyasi və ticarət müharibəsi risklərinə görə mərkəzi banklar qızıla sahib olmaq istəyirlər.