“Pictet Wealth Management”, qızılın bu il, Fed-in faizi artırması, ABŞ-da inflyasiyanın nəzarət altında qalması və geosiyasi risklərin azalması ilə əlaqədar düşəcəyini və yəqin ki, unsiyasının 1100 dollara doğru geriləyəcəyini qeyd edib.

“Marja” xəbər verir ki, Cenevrədə “Pictet Group”a aid “Pictet Wealth Management”ın valyuta strateqi Luc Luyet, “ABŞ Mərkəzi Bankı İyun və Sentyabrda faiz artırıacaq və bu vəziyyət dolları gücləndirəcək” deyib. O, bu il Fed-in balansını azaltmağa dair bir plan açıqlamasının da gözlədiyini və bunun Dolları daha da gücləndirəcəyini sözlərinə əlavə edib.

 

Qızılın unsiyası Cümə axşamı günü 1254 dollar ətrafında ticarət olunur. Qızıl bu il 9.3 faiz bahalaşıb.

Qiymətli metal, Prezident Donald Trumpın iqtisadi proqramını həyata keçirməsinə dair  narahatlıqlar, Avropadakı seçkilər və Brexit prosesindən irəli gələn siyasi qeyri-müəyyənliklərin tələbi gücləndirməsinə görə, bu ilin ilk rübündə bahalaşıb.