“Qazprom”un səhmləri Moskva birjasında təxminən 2,6% ucuzlaşıb

Moskva Birjasında ticarət zamanı “Qazprom”un səhmləri 2,55% azalıb və hazırda Moskva vaxtı ilə saat 12:41-də bir səhm üçün 331,61 rubl olub.

Marja xəbər verir ki, boru kəmərinin Almaniya hissəsinin istismarı üçün “Nord Stream 2 AG”yə, törəmə müəssisənin ayrılması ilə əlaqədar olaraq “Nord Stream 2” operatorunun sertifikatlaşdırılmasının dayandırılması ilə bağlı xəbərlərə görə şirkətin qiymətli kağızları ucuzlaşır.

Moskva vaxtı ilə saat 12:55-də “Qazprom”un səhmlərinin qiyməti bir səhm üçün 335,84 rubl təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanış səviyyəsindən 1,31% aşağıdır.