“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin “Bakı Fond Birjası” QSC-də üzvlüyünə xitam verilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin müraciəti əsasında Bakı Fond Birjasının üzvlük komissiyası qeyd olunan investisiya şirkətinin birja üzvlüyündən çıxarılması ilə bağlı qərar verib.