Ölkənin birja bazarının lideri olan Azərbaycanın investisiya şirkəti “PAŞA Kapital” 2018-ci ilin nəticələrinə görə mənfəəti 506.3 min manat təşkil etdiyi halda 2019-cu ili 842.5 min manat mənfəətlə başa vurub.

Trend-in təşkilatın audit hesabatına istinadən verdiyi məlumata görə, şirkətin gəlirləri üçdə iki dəfə artıb.

Təşkilatın audit hesabatında bildirilir ki, şirkətin xalis faiz gəlirləri 499.5 milyon manat (illik 8.9 dəfə artım) faiz gəlirləri və 245,5 milyon manat faiz xərcləri hesabından yaranaraq 254 min manat (ildə 4.5 dəfə artım), faizli aktivlərin dəyərsizləşmə ehtiyatları isə 536.76 min manat təşkil edib.

2019-cu il dekabr ayının sonuna qeyrifaiz gəlirləri 64 faiz artaraq 132,7 min manat, xərcləri isə 2,82 milyon manat (artım 33,2 faiz) təşkil ediblər.

Nəticədə il üçün əməliyyat mənfəəti 2018-ci ildəki 631.34 min manat mənfəətlə müqayisədə 1.07 milyon manat təşkil edib. Gəlir vergisinin göstəricisi 228,147 min manat olub.