“ABŞ-da inflyasiya zəifləyərsə Fed-in faizi artıracağı ehtimalı 50%-ə doğru düşə bilər”

Fed-in gələn aykı iki günlük toplantısından öncə, ABŞ Əmək Nazirliyi, Oktyabrda inflyasiyanın son rəqəmlərini Çərşənbə günü açıqlayacaqdır.

“Marja” xəbər verir ki, rəsmilərin faizləri təkrar artıracağı gözlənilir. Bazarlar, Fed-in Dekabr ayında təkrar faiz artıracağına 80%-dən çox ehtimal verir.
Morqan Stenlinin (Morgan Stanley) strategiya direktoru Metyu Hornbacha görə, inflyasiya rəqəmi, “oyunun qaydalarını dəyişdirə” biləcək bir potensiala malikdir.

Hornbach, “ABŞ-da inflyasiya proqnozdan aşağı olsa, Dekabr ayında faizin artırılacağı ehtimalı 50%-ə doğru enə bilər” deyib.