“LCH Investments”ə görə, ötən il hedc fondları 178 milyard dollar mənfəət əldə ediblər. 

“Marja” xəbər verir ki, ən çox mənfəəti Chris Hohn-ın idarə  etdiyi “TCİ Fund Management” (8.4 milyard dollar) və Stephen Mandel-in idarə etdiyi “Lone Pine Capital” (7.3 milyard dollar) götürüblər.

 

Bu sektorun böyüklüyü 3 trilyon dollara çatır.

 

Mənfəətlərinə görə siyahıda ilk 20 yeri tutan və sektordakı aktivlərin təxminən beşdə birini idarə edən fondlar keçən il cəmi qazancların üçdə birini əldə ediblər.

 

Məlumata görə, iİlk 20-dəki fondlar 2019-cu ildə səhmlərdən güclü qazanclar əldə ediblər.