“Bakı Fond Birjası” QSC keçən il üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.

AZƏRTAC BFB-yə istinadla xəbər verir ki, renkinqə 10,9 milyard manatlıq göstərici ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir. Növbəti yerlərdə 2 milyard manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 1,5 milyard manatla “BTB Kapital” şirkəti, 1,3 milyard manatla “AzFinance İnvestisiya Şirkəti” QSC, 797,8 milyon manatla “İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 771,8 milyon manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 231,9 milyon manatla “PSG Kapital İnvestisiya Şirkəti” QSC, 599,9 milyon manatla “MFX Trading” şirkəti, 10,9 milyon manatla “ABB-İnvest” şirkəti qərarlaşıb.