Treyderlər arasında populyar olan “Robinhood” onlayn-brokeri səhmlərin ilkin kütləvi yerləşdirilməsi üçün müraciət göndərib.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə listinq planları ilə tanış olan mənbələrə istinadən “Bloomberg” yazıb.

Agentliyin verdiyi məlumata görə, şirkət “Nastaq” birjasını seçib. Qeyd edək ki, “Bloomberg” “Robinhood”un IPO üçün müraciət etmək planları barədə hələ fevralda yazmışdır.

Mənbələrə görə, broker o vaxt anderrayterlərlə müzakirələr aparıb. Menlo-Parkda (Kaliforniya) yerləşən şirkətin sözçüsü IPO sənədlərinin verilməsinə dair şərh verməkdən imtina edib.

Xatırladaq ki, 2020-ci ilin sentyabrında “Robinhood” 11.7 milyard dollar dəyərində qiymətləndirilmişdir. Platformanın populyarlığı koronavirus pandemiyası fonunda artmışdır. “Robinhood”un istifadəçiləri sırasında “Reddit” treyderləri də olmuşdur ki, bunun sayəsində broker 3.4 milyard dollar cəlb etmişdir.

“Robinhood”u maliyyələşdirən investorlar şirkətdə əlavə auksion kapital alacaqlar. Onlara görə, 2.4 milyard dollarlıq pay şirkətin 30 milyard dollar dəyərində qiymətləndirilməsinə əsasən və ya ilkin yerləşdirmə qiymətindən 30% endirimlə konvertasiya ediləcəkdir. Daha bir milyard dollar ya 30% endirim, ya da 33 milyard dollar qiymətləndirməyə əsasən konvertasiya olunacaqdır.