Nyu-York birjasında indekslər ötən gün kəskin düşüb.
Marja” xəbər verir ki, “Dow Jones” Sənaye İndeksi 545,91 bənd (2,13%) enişlə 25052,83 bəndə, “Standard&Poor’s 500” İndeksi də 57,31 bənd (2,06%) azalma ilə 2.728,37 bəndə geriləyib.
“Nasdaq” Texnologiya İndeksi də 92,99 bənd (1,25%) geriləyərək 7329,06 bəndə düşüb.

 

Avropa Birjaları da dünəni sərt enişlə başa vurub.

 

“Stoxx Europe 600” indeksi 1,98% düşərək  359,65 bəndə enib.

 

Almaniyada “DAX 30” indeksi 1,48% itki ilə 11539,35 bəndə, İngiltərədə “FTSE 100” indeksi 1,94% geriləyərək 7006,93 bəndə və İspaniyada “IBEX 35” indeksi 1,69% dəyər itirərək 9007,90 bəndə düşüb.

 

İtaliyada “FTSE MIB” 30 indeksi 1,84% azalaraq 19356,61 bəndə və Fransada “CAC 40” indeksi də 1,92% azalma ilə 5106,37 bəndə geriləyib.