Ticarət əməliyyatları zamanı nikelin qiyməti 2014-cü ilin may ayından etibarən rekord hədə çatıb – hər tonu üçün 20,09 min ABŞ dollarına. Artım 2,06% təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə “Prime” birjaya istinadən xəbər verir.

Alüminiumun qiyməti də 13 illik maksimumunu yeniləyib və hər ton üçün 2 833 dollara çatıb. Agentlik bunu əsas boksit tədarükçüsü olan Qvineyada baş verən dövlət çevrilişi ilə əlaqələndirir.