Çərşənbə günü, 10 iyul tarixində, “Nastaq Composite” birjasının indeksi 8202 qədər artıb. Bu, rekord göstəricidir. ABŞ-ın ən böyük şirkətlərindən biri olan  S&P 500 indeksi gün ərzində 3000 punkt artıb və sessiyanı 2993 göstəricisi ilə bağlayıb. Dow Jones Industrial Average indeksi 0,3% artıb.

Banker.az xəbər verir ki, Amerikan meydançalarının böyüməsi FED-in bəyanatına reaksiyanı əks etdirib. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin rəhbəri olan  Jerome Powell bildirib ki, monetar siyasət “daha çox stimullaşdırıcı” olmalıdır. Mütəxəssis qeyd edir ki, ticarətlə bağlı qeyri-müəyyənlik və qlobal iqtisadiyyatdakı vəziyyət Amerika iqtisadiyyatının perspektivlərinə mənfi təsir göstərməyə davam edir.

İnvestorlar bu sözləri FED-in faiz dərəcələrini aşağı salmaq qərarı kimi qəbul ediblər.

“İyul ayında FED faiz dərəcələri 0,25% azaldacaq, sonra isə daha 0,25%. Bundan sonra nə baş verəcəyi məlum deyil”, – deyə beynəlxalq bazar üzrə iqtisadçı James Nightley bildirib.

Asiyanın birjası hərraclara cümə axşamı günü başlayıb. Hərracların ortasında “Shanghai Composite” indeksi 0,33%, “Hang Seng” indeksi 1,19%, “Nikkei 225” indeksi isə 0,5% artıb.

Jerome Powell-in sözləri dollara təsir göstərib.