Bu gün Moskva birjasında hərraclar Rublun ucuzlaşması ilə başlayıb.

Cümə günü Moskva birjasında valyuta ticarətinin əvvəlində rubl əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə dollar və avro qarşısında zəifləyib.

Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 11:15-ə olan məlumata görə, dolların məzənnəsi 1,35% artaraq 62,48 rubla, avronun məzənnəsi 1,53% artaraq 66,53 rubla qədər yüksəlib.