Milli Depozit Mərkəzində (MDM) bu il yanvarın 1-dən martın 31-dək investorlara 559 yeni hesab açılıb.
MDM-dan AZƏRTAC-a bildirilib ki, yeni hesabların 549-u rezident,10-u qeyri-rezident investorlar üçündür. Bununla investor hesablarının ümumi sayı 120 min 182-yə çatıb.